Balakəndə avtomobil ağaca çırpılıb, sürücü yanaraq ölüb.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün saat 12 radələrində rayonun Tülü kəndi ərazisində hərəkətdə olan “Daewoo” markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Tülü kənd sakini Aruz Dinavasovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Sezar pizza
Hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü də nəqliyyat vasitəsinin içərisində yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız