Azərbaycanda dəhşət: Bağçada uşaqları belə döyürlər - ŞOK VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşət: Bağçada uşaqları belə döyürlər - ŞOK VİDEO 

Hadisə

12 İyul 2024 15:44 1046


Sosial şəbəkələrdə uşaq bağçasında azyaşlıların döyülməsi ilə bağlı görüntülər yayılıb. 

Yenisabah.az xəbər verir ki, iddialara görə, sözügedən kadrlar Sabunçu rayonu, İlyas Aslanov küçəsi, 14-də yerləşən 310 saylı uşaq bağçasında qeydə alınıb. 

Görüntüdə tərbiyəçi azyaşlılara yatmasını əmr edir, onların üstünə qışqırır və döyür.  Pepperoni pizza

Sözügedən kadrları tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) də sosial şəbəkə hesabında paylaşaraq tərbiyəçiləri sərt şəkildə tənqid edib:

“Demək olar ki, əksər dövlət nəznində olan uşaq bağçalarında tərbiyəçilər belə aqressiv olurlar. İmkanı olmayan ailələr də 5 manat çörək pulu qazanmaq üçün uşaqlarını belə həyasızların ümidinə qoyurlar. 

Baxarsınız, tabeçiliyində olan qurum çıxıb deyəcək ki, günah sözə baxmayan nadinc uşaqdadır. Və bu ləçəri də hələ bəzi yaltaq valideynlər müdafiə də edəcək. 

Belə tərbiyəçiləri nəinki işdən çıxarmaq, həbs etmək lazımdır. Və ya onlar psixi dispanserə yerləşdirilməlidir. 

Əsəblərinə hakim kəsilə bilməyən tərbiyəçilər və müəllimlər uşaqlarla işləməməlidir!” 

Həmin kadrları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!