Azərbaycanda DƏHŞƏT: Kafedə çayın pulunu vermədi, bakalı başında sındırdılar 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda DƏHŞƏT: Kafedə çayın pulunu vermədi, bakalı başında sındırdılar 

Hadisə

25 Noyabr 2023 19:27 1139


Sumqayıtda kafedə insident olub. 

Hadisə şəhərin 21-ci mikrorayon, İsmət Qayıbov küçəsindəki kafelərdən birində baş verib. Burada çay içən müştərilərdən biri zarafatyana hesabı verməkdən imtina edib. Bu isə yan masada əyləşən digər müştəri R.R.-nın xoşuna gəlməyib. 

O, ayağa qalxaraq pivə bakalı ilə həmin müştərinin başına zərbə endirib. Zərbənin təsirindən bakal qırılıb və o, qırıq bakalla zərərçəkənin qoluna da xəsarət yetirib.  pizza

R.R. polis tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsilə cinayət işi başlanılıb və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Sumqayıt şəhər Məhkəməsində istintaq davam edir./Lent.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!