Azərbaycanda dəhşət: nəvə baba və nənəsini öldürdü...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşət: nəvə baba və nənəsini öldürdü...

Kriminal

10 May 2020 13:30 2302


İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadən bildirir ki, hadisə rayonun Bizlan kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb. pizza hut

Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb. İsmayıllı Rayon Polis Şöbəsinin və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!