Azərbaycanda DƏHŞƏT: Toy yasa döndü - 4 nəfər öldü   - ŞOK görüntülər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda DƏHŞƏT: Toy yasa döndü - 4 nəfər öldü - ŞOK görüntülər

Hadisə

24 Sentyabr 2024 15:45 4941


Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.  Dominos pizza

***

"Qafqazinfo" bildirir ki, qəza nəticəsində ağır bədən xəsarətləri alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bununla da ölənlərin sayı 5-ə çatıb.

***

Yol qəzasında ölən 5 nəfərdən 4-nün şəxsiyyəti müəyyənləşib.

Əldə etdiyimiz məlumata görə, hadisədə “Man” markalı yük avtomobilinin sürücüsü Mehtiyev Namus Bayram oğlu ciddi xəsarət almayıb.

“VAZ”ın sürücüsü, 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu, sərnişinləri - 1993-cü il təvəllüdlü Hüseynova Lalə Akif qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı hadisə yerində, daha bir kişi isə xəstəxanada vəfat edib.

Sürücü Pərviz Hüseynov və xəstəxanada ölən şəxs hərbçi olub.

Hazırda dünyasını dəyişən 5-ci şəxsin kimliyi dəqiqləşdirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Ona qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib. Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!