Azərbaycanda dəhşətli hadisə: 18 yaşlı gənc öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşətli hadisə: 18 yaşlı gənc öldü

Hadisə

16 Mart 2024 15:54 1350


Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, hadisə günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində baş verib. Rayonun Muxax kənd sakini Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb. M. Ömərov tapdığı qumara ilə ehtiyatsız davrandığından əlində partlayıb. pizza hut

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Ömərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!