Azərbaycanda dəhşətli qətl: Ər 22 yaşlı arvadını qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşətli qətl: Ər 22 yaşlı arvadını qətlə yetirdi

Kriminal

08 Oktyabr 2021 09:16 1373


Oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan “Yeni Sabah”a daxil olan xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. pizza sifarişi

Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!