Şəmkirdə ağır avtomobil qəzası olub.
Yenisabah.az Report-a istinadən xəbər verir ki, polis əməkdaşları hadisə yerinə cəlb olunub, yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Rayon sakini, 26 yaşlı Xətai Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks zolağa daxil olub. Qarşıdan gələn Şəmkir rayon sakini, 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşma nəticəsində "VAZ-2106"nın sürücüsü və həmin avtomobildə olan sərnişin - Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "Niva" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini, Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev, eləcə də hələlik kimliyi istintaqa məlum olmaya daha bir nəfər ölüb. pizza mizza
"VAZ-2106"da olan digər sərnişin - 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız