Azərbaycanda dəhşətli yol qəzası:   Üç nəfər öldü, yaralı var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşətli yol qəzası: Üç nəfər öldü, yaralı var - Fotolar

Hadisə

22 Oktyabr 2024 01:18 1121


Ucar rayonunda üç nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən avtomobildən yanğın baş verib. pizza mizza

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.

Ağır xəsarət alan 2007-ci il təvəllüdlü Səma Vüqar qızı Qüddəsərova əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına daha sonra isə vəziyyəti ağır olduğundan Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!