Azərbaycanda deputat 3,5 milyonluq payını satdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda deputat 3,5 milyonluq payını satdı

İqtisadiyyat

20 Sentyabr 2023 04:13 2002


Millət vəkili Məşhur Məmmədov bank olmayan kredit təşkilatı (BOKT) “Embafinans” QSC-dəki payını satıb.

“Yeni Sabah” bu barədə BOKT-a istinadən xəbər verir. M.Məmmədov 3500 ədəd səhmi və ya mikromaliyyə təşkilatındakı 35%-lik payını digər səhmdar Elşad Abbasova satıb. Nəticədə Elşad Abbasovun BOKT-dakı payı 51%-dən 86%-ə yüksəlib. BOKT-da 14%-lik səhmə sahib olan Tatyana Başirovna Polyakovanın payında isə dəyişiklik olmayıb.  

Qeyd edək ki, BOKT-un nizamnamə kapitalının 10 milyon manat olduğunu nəzərə alsaq, satılan səhmlərin nominal dəyəri 3,5 milyon manat təşkil edir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!