Azərbaycanda dərs rejimi dəyişir? – “Dərslər 40, tənəffüslər 10 dəqiqə”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dərs rejimi dəyişir? – “Dərslər 40, tənəffüslər 10 dəqiqə”

Sosial

28 Sentyabr 2025 14:12 5893


"Məktəblərdə dərs və fasilə müddətinin optimallaşdırılması şagirdlərin diqqətini, öyrənmə keyfiyyətini və ümumi nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Tədqiqatlar göstərir ki, şagirdin diqqəti 45 dəqiqəlik dərs müddətində tədricən azalır və fasilələrlə bərpa olunur".

“Yeni Sabah” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, ABŞ-də aparılan araşdırmalara görə (Bunce, 2010), dərs zamanı şagirdlərin diqqəti dalğavari şəkildə enib-qalxır. Eyni zamanda, psixologiya üzrə genişmiqyaslı meta-təhlillər (Cepeda, 2006) "spaced practice" - yəni öyrənmənin qısa bloklara bölünməsinin daha effektiv olduğunu sübut edir: Sezar pizza

"Başqa bir araşdırmada isə Pellegrini (2008) qeyd edir ki, fasilələr öyrənməni paylayır və idrakı gücləndirir. Fiziki aktivlik də önəm daşıyır: Mahar (2006) və digər tədqiqatçılar göstərir ki, qısa hərəkət fasilələri şagirdlərin dərsə fokuslanmasını və intizamını artırır.

Bu model artıq dünyanın bir çox inkişaf etmiş təhsil sistemlərində tətbiq olunur. Məsələn, Finlandiyada dərslər 45 dəqiqə, fasilələr isə 15 dəqiqə davam edir. Mütəxəssislər bu yanaşmanın öyrənmə keyfiyyətini artırdığını vurğulayırlar".

Ekspert qeyd edir ki, dərs və fasilələrin 40+10 dəqiqəlik nisbətdə təşkili daha çox fokuslanma, sağlam sinif mühiti və yüksək təhsil nəticələri deməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    DƏRS 30 DƏQİQƏ OLSA DAHA YAXŞI Olar. Onsuz da 5- 11- ci siniflərdə səmərəli DƏRS keçirilmir.
    8 months ago