Azərbaycanda dərslər saat 10-da başlayacaq? –   Növbəli sistem…

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem…

Sosial

08 Sentyabr 2025 12:20 57566


Son dövrlərdə Avropada məktəblərdə dərs saatlarının səhər 8-dən 10-a qaldırılması ciddi müzakirə olunur. Buna səbəb kimi bildirilir ki, böyüməkdə olan uşaqların bioloji ritmi onları səhərlər erkən oyanmağa imkan vermir, bu isə diqqət dağınıqlığına, yorğunluğa və tədris nəticələrinin zəifləməsinə səbəb olur.

Hər səhər anasının əlindən tutub yuxulu-yuxulu ayaqlarını sürüyən, başını partaya qoyub yatan uşaqları dəfələrlə müşahidə etmişik.

Ölkələr ayrı olsa da, problem eyni olduğundan bənzər dəyişiklik Azərbaycanda da ola bilərmi?  Dominos pizza

“Yeni Sabah”ın xəbərinə görə, psixoloq Elşad Məmmədov Bizim.Media-ya açıqlamasında təsdiqlədi ki, uşaq orqanizmi yuxuya meyillidir, çünki böyüməkdə olan vücud yuxuya ehtiyac duyur:

“Həm də uşaqlar hiperaktiv olduqları üçün daha tez yorulurlar. Nəticədə səhər erkən dərsə başlamaq onların stress səviyyəsini artırır və öyrənmə qabiliyyətini zəiflədir. Uşaqların yuxu rejimini nəzərə alan tədris qrafiki onların həm psixoloji, həm də fiziki sağlamlığı üçün vacibdir.”

Təhsil eksperti Günay Əliyeva isə bildirdi ki, Azərbaycanda dərs saatlarının 10-da başlaması praktik olaraq çətin görünür.

“Valideynlərin iş qrafikini nəzərə aldıqda, dərs başlanğıcını belə gecikdirmək mümkün deyil. Avropada özəl məktəblərlə yanaşı dövlət məktəblərinin də xüsusi avtobusları olur. Ana uşağı hazırlayıb qapının önündən yola salır. Bizdə isə analar yollarda qalıb, işləyən qadınlar üçün dərslərin gec başlaması əlavə problemdir. Bəlkə də yarım saat fərqlə gec başlamaq olar, amma bu qədər gec saatlarında dərsə başlamaq, növbəli dərs sistemi üçün də ağlabatan deyil”.

Ekspert əlavə etdi ki, bunun ən yaxşı yolu uşaqların yuxu rejiminin tənzimlənməsi ilə bağlı maarifləndirmə kampaniyaları, valideyn və müəllimlərin məlumatlandırılması vacibdir. Belə yanaşma həm tədris keyfiyyətini, həm də uşaqların sağlamlığını qorumağa xidmət edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Emil
    10 da başlasın dərslər
    8 months ago
  • Ayan
    saat'ı dəyişməyə ehtiyac yoxdur, əvvəlki vaxt çoxda yaxşıdır.Biz 11.sinif olaraq məcburi şəkildə hər gun məktəbə gedib sonrada dərs bitən kimi qaça qaça hazırlığa çatmağa çalışırıq dərs saatı izadilsa hazırlığın vaxtina girir
    8 months ago
  • Aygun
    İsə gedənlər, dərsə gedənlər, aləm deyir bir birinə, ona görə də probka yaranır, 9 ay camaat əziyyət çəkir, saat 10 da dərs başlasa probka daha az olar, uşaqlar da gümrah gələr dərsə, yuxudan yarımçıq durmaz.
    8 months ago
  • Aygün
    Saat 10 da başlasa daha yaxşı olar, probka da olmaz.
    8 months ago
  • Elvin
    Məncədə saat 9 başlasa yaxşı olar
    8 months ago
  • Gulnar
    Əksər analar işləyir. Dəyişiklik analar ucun ciddi çətinliklər yaşadacaq. Uşaq dura bilmir deyən valideynlər axşam tez yatizdirsin.
    8 months ago
  • Kimsə
    Bura Azərbaycandır. Rahatlıqdan söz gedə bilməz. Burda doğulmusansa, hər əziyyətə boyun əyməlisən.çünki əzizlərin üçün yaşamaq zorundasan.
    8 months ago
  • Fazil
    Xeyr.mektəbdən sonra müıllim yanları kursa gedən dərnəklərə gedən şagirdlər var lazım deyil (11 ci sinif şagirdi olaraq)
    8 months ago
  • Nihal
    Yalvarıram saat 10'a geçirdilsin , axşam onsuzda gec yatırıq amma telefonla əlaqəsiz , dərslər çox yükdür.Durmaqdan danışmıram , saat 6-7 də duranda nə hal olur nədə iştah.Ağlaya ağlaya buz kimi havada qaranlıqda dərsə getməli oluruq , danışılandan heçnədə başa düşmürük , birdə bizdən dərsi tələb edirlər , bunu normaya salın , bizdə özümüzə gələk , valideynlər çox danışmasınlar , bizi də fikirləşin, vicdanınız olsun.
    8 months ago
  • Fidan
    Bir çox valideyn hələ də bilmir ki, uşağın yatmaq saatı var. Uşaq saat 9-da yatmalıdır. Yox, valideyn uşaqla bərabər seriallara baxır, uşaq təbii ki, səhər yuxudan ayıla bilmir.
    8 months ago
  • Zümrüd
    Dərslər 9 un yarısı başlasa,yaxşı olar ,evindən uzaq məsafədə işləyən ana tez durur və uşağı da tez oyadır ,uşaq yuxulaya-yuxulaya yol gedir ,hətta stulda oturduğu yerdə yatir, uşaqlara adamın yazığı gəlir bəzi rayonlarda 9 un yarısı başlayır dərs bu qayda bütün məktəblərə tətbiq edilsə,əla olar nə biz ,nə də uşaqlar əziyyət çəkməz
    8 months ago
  • AFAQ
    NEINKI DERSLER DOVLET MUESSISELERINDE DE IS SAATI SAAT 10DA BASLAYIB DORD GUNLUK IS REJIMINE KECIRILSE EMEK FEALIYYETI MEHSULDARLIQ YUKSEK SEVIYYEYE CATAR
    8 months ago
  • Afiq
    Hə bəli çox yaxşı olar baxaraq ki mən 11ci sinifdə oxuyuram ama mən saat 8də durub məktəbə gedəndə 4 dərsə qədər mənlə bərabər bütün sinif əsnəyir, birdə ki saat 8də durub məktəbə söylənə söylənə gediediksə daha bəs dərsləri necə oxuyaq. Uşaqlar neçə dərsləri sevib necə dərsə maraq göstərəcəklər
    8 months ago
  • Afet
    İşləyən valideynlər neyləsin? Onda bir neçə qanunvericilikdə dəyişikliklər olunmalıdır
    8 months ago
  • Əliyusif
    İndinin uşaqları gec yatırlar.( Səbəb: telefon).
    8 months ago
  • Lale
    9da yaxsidi inanirsizmi usaqgi zorla ayildiram indi kicik qizim 1ci sinife gedecek onun derdini cekiremki nece durgudacam onu böyük zülümlə dürür söylənə söylənə ayılmaqları hazırlaşmaqları yemək yemələri gözlərni oxalaya oxalaya məktəbədə qaça qaçla gedilir
    8 months ago
  • Elnur
    Dərs saatı qalsın bir yana, valideynlər uşağa zülm edir. Uşaq dərsə getməlidir, sonra hazırladığı, sonra musiqiyə və idmana. Bəzi valideynlər bütün hobbilərini uşaqda görmək istəyir. Hələ bu da azmış kimi, tətil vaxtı da, "yay məktəbi" adında bir bəla cıxıb ortaya. İnsafsız olaun, onların körpə canı əsəbləri məhv olur. İmkan verin uşaq bir işin ardınca getsin. Onsuz da 3-4 yerə gedən uşaqsan heç nə olmayacaq.
    8 months ago
  • Mehdi
    Bu nə fikirlərdir ağlınıza gəlir. Məktəbli uşaqlar axşam saat 9-da uyuyar şəhər saat 7-də də qalxar. Bu inşaat yuxu deməkdir. " Ağıllı" fikirlərlə aləmi qarışdırmayın. Bu fikir sahibləri cəmiyyətin həyat tərzindən bixəbərdir
    8 months ago
  • Anar
    Ancax Azərbaycanda millətə zülm edirlər.Saat 9 da başlasa yaxşı olar.Guya 8 də başlamaxnan alim olacaqlar?
    8 months ago
  • Jalə
    Dərs 8de başlayır ən azı usaq 7ye qalmış durmalıdır. Hazırlamağı, getməyi çatmağı 8 edir. Böyük adam zorla durur seher. Hec olmasa dərs 8 yoxn9da başlasa yaxşı olar
    8 months ago
  • Cavad
    İbtidai siniflərdə dərs saatı ən tez saat 9 da başlaması vacibdir , çünki uşaq əziyyət çəkir , canı ağrıyır., xəstələnir. Valideyn də işdə qazandığını dərmanlara xərcləyir
    8 months ago