Prokurorluq Goranboyda baş verən qətl hadisəsi barədə məlumat yayıb.
Goranboy rayon prokurorluğundan “Yeni Sabah”a verilən məlumata görə Polis Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayonundakı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Ziyad Əhmədovu qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Aparılmış araşdırmalar nəticəsində direktoru bıçaqlayaraq öldürən şəxsin mühasib Bağırov Mirhadi Mirtağı oğlu olduğu məlum olub. Hadisə işlə bağlı mübahisə zamanı baş verib. Dördpendirli pizza
Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ayzel
Telegram kanalımız