Azərbaycanda dizel yanacağı problemi gözlənilir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dizel yanacağı problemi gözlənilir?

İqtisadiyyat

22 Avqust 2023 07:09 1975


Dünyada dizel yanacağı ilə bağlı ciddi qıtlıq yaşanır.

Xezerxeber.az xəbər verir ki, hazırkı ehtiyatların qış aylarında iqtisadiyyatın tələbatını ödəməyəcəyi bildirilir. Təchizatla bağlı yaşanacaq hər hansı problem və ya dizel yanacağına tələbin gözlənilməz artımı enerji məhsulunun qiymətini kəskin artıra bilər. Neft emalı zavodlarının istehsalı azaltması da vəziyyəti bir qədər çətinləşdirib.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, mövcud vəziyyətdə Azərbaycanda dizelin qiymətinin bahalaşacağı inandırıcı görünmür. pizza

Onun sözlərinə görə, istehsalatda və yükdaşımada mühüm rol oynayan bu yanacağın qiyməti  dövlət tərəfindən tənzimlənir.

Ekspert bildirib ki, ölkədə kifayət qədər dizel yanacağının istehsal olunması da qiymətləri sabit saxlamağa kömək edə bilər.

Qeyd edək ki, hazırda ölkədə dizel yancağının bir litri 80 qəpiyə satılır.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!