"Rəsmi statistik məlumata görə, bu ilin yanvar-aprel aylarında ölkə üzrə doğum ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% azalıb. 2019-ci ilin ilk 4 ayında doğum səviyyəsi 44,7 min nəfər olduğu halda 2020-ci ilin analoji dövründə bu göstərici 34,8 min nəfərə düşüb. Doğumun azalması fonunda ölüm halları 1,9% artıb. Əvvəlki illə müqayisədə bu il ölənlərin sayı 387 nəfər çox olub".
Yenisabah.az xəbər verir ki, bunu iqtisadi Samir Əliyev deyib. O bildirib ki, ölüm hallarının artımını pandemiya ilə əlaqələndirmək olar, ancaq doğumun heç bir halda qlobal bəla ilə əlaqəsini tapmaq mümkün deyil:
"Çünki övlad dünyaya gətirilməsinin planlanması pandemiya barədə anlayışın olmadığı dövrə düşür. Bəs bu azalma nə ilə bağlıdır? Doğumun azalması, ölümün artması nəticəsində ölkə üzrə təbii artım 42% azalıb. Təəssüf ki, pandemiyanın təbii artıma neqativ təsirini (məsələn, toyların təxirə salınması) gələn ilin əvvəllərində görə biləcəyik. Ən azı nikahların 25% azalması bunu deməyə əsas verir. Məlumat üçün bildirim ki, doğulanların 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarıdır. Balansın oğlanların xeyrinə pozulması da gələcək üçün başqa bir böhrandır". pizza sifarişi
Telegram kanalımız