Azərbaycanda əhali siyahıya alınacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda əhali siyahıya alınacaq

Sosial

05 Sentyabr 2019 22:44 1305


Oktybarın 1-dən 10-dək Azərbaycan əhalisi siyahıya alınacaq.

“Yeni Sabah” xəbər verir ki, BMT-nin tövsiyələrinə uyğun olaraq hər 10 ildən bir aparılan siyahıyaalınma ölkəmizdə  sayca 3-cüdür. Bundan əvvəl 1999 və 2009-cu illərdə əhali siyahıya alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, siyahıyaalınma ənənəvi olaraq sayıcılar tərəfindən əhalini fərdi qaydada sorğu etməklə həyata keçiriləcək. Vətəndaşlardan nigah, təhsil, yaş, iş yeri və digər məsələlərlə bağlı suallar soruşulacaq.  Qeyd edək ki, bu ilin aprel ayına olan məlumata görə Azərbaycan əhalisinin sayı 10 milyondur.

DSK-nın siyahıyaalınma qrupu rəhbərinin müavini Ruslan Əliyev bu haqda bildirib ki: “Siyahıyaalınma sorğu yolu ilə şəxsən tərtib olunmalıdır. Azyaşlı uşaqların valideynləri cavablandırmalıdır. Ölkə üzrə 620 siyahıyaalınma məntəqəsi, 6 min 777 təlimatçı məntəqəsi, 33 min 907 saycı məntəqəsinə bölüşüdürülüb. Sorğu vərəqində 28 əsas, 18 köməkçi sual olmaqla 46 sual vardır. Ölkəmizin hər bir vətəndaşından xahiş edərdik ki, siyahıyaalınma və sorğu vərəqələri düzgün və dolğun cavablandırsınlar”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!