Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başa çatdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başa çatdı - Video

Maraqlı

29 Yanvar 2022 17:10 839


Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışları başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışın əsas məqsədi Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınmaqla hərbi vəzifəlilərin döyüş vərdişlərini və hərbi ixtisas biliklərini təkmilləşdirməklə yanaşı, Ordumuzun arsenalındakı müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını, döyüş tətbiqi üsullarını öyrətməkdir. pizza sifarişi

Toplanışa cəlb olunan hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan praktiki atəş çalışmalarını yerinə yetiriblər.

İştirakçılara hücum və müdafiə döyüşlərinin əsasları, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə əməliyyatların aparılması üsulları öyrədilib. Tank bölmələri ilə birgə şərti düşmən mövqelərinin ələ keçirilməsi və ərazidə yenidən tərtiblənmə üzrə tapşırıqları yerinə yetiriblər.

Təlim-məşqlərin senarisinə uyğun olaraq yaşayış məntəqələrində axtarış və aşkar olunan kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqları da icra olunub.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Toplanış konsert proqramı ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!