Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandı

Sosial

03 Dekabr 2025 09:54 691


Hazırda Azərbaycanda 498442 nəfər əlilliyi olan şəxs var.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 43498 nəfəri 18 yaşadək olanlar, yəni uşaqlar, qalan hissəsi yaşı 18 və yuxarı olanlardır. pizza

“Əlilliyi olan şəxslər əlilliyə görə aylıq pensiya və ya aylıq sosial müavinətlə təmin edilir.  Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan  şəxslər əlilliyə görə pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə və əlilliyi olan uşaqlara qulluq edənlər də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər”, - nazirlikdən bildirilib.  

Həmçinin, əlavə edilib ki, 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi nəticəsində minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib.

Qeyd edək ki, 3 dekabr – Beynəlxalq Əlillər Günüdür.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!