Azərbaycanda Əməkdar artist 100 yaşında vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Əməkdar artist 100 yaşında vəfat etdi

Mədəniyyət

09 Noyabr 2021 17:46 1930


Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü Firudin Ələkbərov vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya sənətçinin qızı Gülşən Ələkbərova məlumat verib. O bildirib ki, atası bu gecə ürək çatışmazlığından vəfat edib.

Firudin Ələkbərov 1921-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə və Bakıda Musiqi Texnikumunu bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Filarmoniyasında başlayan sənətçi 1946-78-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, sonra 1992-сi ilədək "Azkonsert” Dövlət Qastrol-Konsert Birliyinin solisti olub. 1991-ci ildən Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumunda, 1993-cü ildən 3 saylı, 2000-ci ildən Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəblərində tar müəllimi işləyib. pizza

1941-1945-ci illərdə "Əməkdə fərqlənməyə görə”, 1986-cı ildə "Əmək veteranı” medallarına (SSRİ), 1989-cu ildə Əməkdar artist fəxri adına, 2002-ci ildə Prezident təqaüdü, 2005-ci ildəsə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülüb.

Azərbaycan televiziyası və radiosunun "Qızıl fond”unda lent yazıları var. O, sonuncu müsahibəsini bu ilin sentyabr ayında Seymur Elsevərin "Bizimkilər” proqramına vermişdi.

Allah rəhmət eləsin! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ALLAH RƏHMƏT ETSİN.
    5 years ago