Azərbaycanda əməkdar jurnalistlər üçün aylıq təqaüd artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda əməkdar jurnalistlər üçün aylıq təqaüd artırıldı

Sosial

12 İyun 2025 18:13 347


Azərbaycanda iyulun 1-dən fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 manatdan 200 manata çatdırılacaq.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda öz əksini tapıb.

Bundan başqa, fərmanla iyulun 1-dən Prezidentin fərdi təqaüdünün məbləği 1 500 manatdan 1 700 manata çatdırılıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!