Azərbaycanda ən yaxşı qolu vuran futbolçu 500 manat qazanacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ən yaxşı qolu vuran futbolçu 500 manat qazanacaq

İdman

25 Sentyabr 2024 16:19 453


Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsinə 1-ci liqa və 2-ci liqada da start verilir. 

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki, ilk qaliblər sentyabr ayında vurulan qollar əsasında seçiləcək. PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək. 

I Liqada “Ayın qolu”nun müəllifi 500 AZN qazanacaq. II Liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 AZN mükafat əldə edəcək.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!