Azərbaycanda energetik içkilərin reklamı qadağan oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda energetik içkilərin reklamı qadağan oluna bilər

Sosial

30 Sentyabr 2019 11:05 1009


“Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin parlamentin işlər planına salınmasını təklif edirəm”.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Musa Quliyev bildirib.

Musa Quliyev deyib ki, energetik içkilərin reklamı qadağan olunmalıdır: pizza hut

“Energetik içkilərin gənclərin sağlamlığına zərərli təsiri məlumdur. Amma telekanalların hamısında bu içkilər reklam olunur. Ona görə də “Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsi vacibdir” .

M. Quliyev “Reproduktiv sağlamlıq haqqında” qanunun bu sessiyada qəbulunun da vacib olduğunu, növbəti sessiyaya qalmayacağına ümid etdiyini söyləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!