Azərbaycanda erkən evlilik qalmaqalı: Onlarla şəxs məsuliyyətə cəlb edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda erkən evlilik qalmaqalı: Onlarla şəxs məsuliyyətə cəlb edildi

Kriminal

23 Yanvar 2026 14:47 399


Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan Kollegiya İclasında məlumat verilib.

Bildirilib ki, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb. Həmçinin 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!