Azərbaycanda ətin qiyməti 30 manat olacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ətin qiyməti 30 manat olacaq

Sosial

20 Avqust 2025 16:45 49749


Azərbaycanda ət məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Bazarlarda mal ətinin kiloqramı 30 manata qədər qalxacağı ilə bağlı məlumatlar yayılıb. Artan qiymətlər xüsusən də ailə büdcəsi məhdud olan və gündəlik rasionunda ət məhsullarına yer verən vətəndaşları narahat edir. Sosial şəbəkələrdə də ətin bahalaşması ciddi müzakirələr doğurub.

Ət məhsullarının qiymətində artımın əsas səbəbləri hansılardır – daxili bazardakı təklif-tələb balansı, yoxsa idxaldan asılılıq?

Qiymətlərin 30 manata qədər bahalaşması realdırmı, yoxsa süni şayiələrdir? pizza hut

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, bahalaşma ola bilər. Çünki ildən-ilə qoyun və keçilərin, iribuynuzlu və xırdabuynuzlu heyvanların azalması, (iribuynuzlular məhv olub gedir) iqtisadi tərəfdən yemlərin bahalaşması, örüş yerlərinin olmaması, meqapolis həyat, insanların fermerliyə, bazarda rəqabətə marağının olmaması, monopoliya təbii ki, heyvanların azalmasına və bahalaşmaya gətirib çıxarır.

A. Salamovun sözlərinə görə, kəndlinin əzildiyi bir dövrdə yaşayırıq. Məmur işbazların kəndliyə verdiyi xəstə heyvanları da mediada videolardan gördük. Bu da kəndlinin ələ salınması deməkdir. Nə vaxta kimi kəndli əziləcək, dəstək olunmayacaq o zaman da ildən-ilə bahalaşmalar olacaq. Hətta növbəti illərdə də süni ətin meydana gəlməsi prosesi də baş verə bilər. Çünki artıq süni ətin yayılması dünyada baş verib.

Qida üzrə mütəxəssis, ekspert qeyd edir ki, bu gedişlə qoyun ətinin bu dəqiqə 21-25 manat arasında dəyişdiyini görürük. Bu da 2026-cı ildə qoyun ətinin 30 manata qədər artmasına gətirib çıxara bilər. Buna da səbəb yuxarıda qeyd etdiyim problemlərdən qaynaqlanır.

Ekspert əlavə edib ki, kəndlinin böyüdülməkdə və kökəldilməkdə olan sürülər nə qədər çox olsa, rəqabət də çox olar. Rəqabət çox olanda inəyin, qoyunun, dananın, keçinin sayı da çoxalar. Say çoxaldıqca, qiymət də aşağı düşəcək. Pomidorun qiyməti aşağı düşdü. Çünki rus bazarı bağlandı, Xaçmaz pomidorunun indi yeşiyi 5 manatdır. Vaxt var idi biz pomidorun kilosunu 5 manata alırdıq. Çünki indi rəqabət yarandı və bazarlarda bolluq oldu. Deməli, biz daxili təsərrüfatımızı genişləndirsək, kəndliyə hər bir şərait yaratsaq, kəndlinin maraqları və güvənləri olsa, o zaman sürülərin də sayı çoxalacaq, örüş yerləri də olacaq, bazarda rəqabət də olacaq və beləliklə, qiymət aşağı düşəcək. Amma bu gedişlə, yəni, daxildə olan problemlərlə qiymətin aşağı düşməsi absurddur. Qiymət artımı təəssüflər olsun ki, gözləniləndir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Kəmalə
    Camaat acınan ölsün ət zadda yeməyək bunan sonra .Onsuzda bu saat heç kim evdə çörək tapmır o ki qalsın ət .Maaşlarıda qaldırında ancaq ərzaq, benzin ,avtobus. Bu qədər də olmazda
    9 months ago
  • Sabiw
    Gedin bahaligi yigiwdirin evveller nece idi ele olsun baxin ondan sonra nece coxalir maldarliq serfde edir tpoy ekspert derk elemir guya bahaliga goredi her bir wey suni qaldirim coxdu bawqa olkelerde bele gormedim yalanda deyilir eksine onlarda ucuzdu qat qat bizde copude baha soxuwdururlar bahaliq yigiwdirilsin ucuzlawsin praduktlar evvel dolanmaq olirdu indi olmur
    9 months ago
  • Sabiw
    5 6 manata olan eti getirib qaldirdilar 15 18 20 millet bawin saxliyirdi evvel 30 manat et qiymeti ne demekdi insanlari neyle sinayirsiz siz?acliq maiwi yox millet cox dayanmaz bunlara bir yerde durun artiq imkan verin millet yawasin ne veribler millete ala bilmirler olkede uwaq pulu yox maiw yox iw guc yox .yardim yox ancaq ver ver ver werefsizler wiymetleri endirin ki camaat rahat yawasin onuda etmesez cixin bawimizdan gedin pis idare etmek milletin cibine girmek haqq yolu deyil !
    9 months ago
  • Meryem
    Necə yeni qalxa bilər. Ele asanlıqla deyir,ele bir sadə bir milövzudan söhbet gedir. Ət tapılırki kesilir. Onda maaşlarda ortalama 1000- 1500 AZN olsunda.Niye olmur?
    9 months ago
  • Novruz
    Xarici ölkələrdə sizin kimi proqnoz verən adamlara cinayət işi açılır. Marketlərdə kərə yağını artıq heç utanmadan 28 m qoyublar. Bu sizin kimilərin yazılarından sonra verdiyiniz proqnozun nəticəsidir.
    9 months ago
  • Rovşən
    Qiyməti siz media işçiləri qaldırırsınlz. Belə ki, sosial reaksiyanı yoxlayırsınız.
    9 months ago
  • Rovşən
    Qiyməti siz media işçiləri qaldırırsınlz. Belə ki, sosial reaksiyanı yoxlayırsınız.
    9 months ago
  • Düz danışan
    Kasıb ahı yerde qalmaz Allah cezanızı versin inşallah tezlikle.Maaslardan başqa hər şeyin qiyməti artır.
    9 months ago
  • EfranEliyev
    Bəs marşurut qiymətləri niyə artdı 20 qəpikdən 50 yə Yemin təsiridi yəqin Mən yazım Ət insanı gücləndirir yaşı artan çoxalır Çox yaşamaga icazə yoxdur e
    9 months ago
  • Vüqar
    Onsuzda xalq ət yeməyi çoxdan ubudub.Yaydı,pamidor,baddımcanla bir təhər yola verir güzəranını.Çox insanda broyler toyuq yeməli olur,onuda ala bilsələr.
    9 months ago
  • Rəşad
    Misal doğru deyil. 5 manata satılan pomidor heç onun mayası da deyil. Bu əkinçinin zərərinə formalaşmış çarəsizliyin qiymətidir. Ət qiyməti barəsində də deyilən fikirlər çox səthidir. Daha ciddi və təhlilə əsaslanan ekspert rəyi olsa maraqlı olardı.
    9 months ago