Azərbaycanda evliləri sevindirəcək qərar veriləcək?   - Pul, mükafat, imtiyaz...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda evliləri sevindirəcək qərar veriləcək? - Pul, mükafat, imtiyaz...

Sosial

15 Fevral 2025 16:23 8383


Rusiyada evliliyi uzun müddət davam edən cütlüklərlə bağlı təklif maraq doğurub. Belə ki, Dövlət Dumasına təqdim olunan müvafiq qanun layihəsində həmin şəxslər üçün nağd ödənişlər, mükafatlar nəzərdə tutulub. Bu addımın səbəbi isə boşanmaların sayının artmasıdır. Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Ötən illə müqayisədə nikahların sayı azalıb, boşanma halları artıb.

Ölkəmizdə oxşar qərarlar verilə bilərmi?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, bir çox ölkələrdə uzunömürlü ailələrə müəyyən imtiyazlar verilir: Dördpendirli pizza

“Dövlətin mükafatı, güzəştləri buna nümunədir. Həmin ölkələr effektini də görüblər. Rusiya da bu üsuldan istifadə etmək fikrindədir. Kifayət qədər qənaətbəxş olduğunu düşünürəm. Çünki ailələrin uzunömürlülüyünə xidmət edən istənilən mexanizm cəmiyyətə də yaxşı təsir edirsə, xoş qarşılanır”.

lale

Sosioloq bildirib ki, dövlətin bu cür addımları ailə təməlinin möhkəm olmasına xidmət edir:

“Azərbaycanda da boşanmalarla bağlı problem var və hətta böhran dövrünü yaşayırıq. Ölkəmizdə cütlüklərin ildönümündə birdəfəlik nəğd ödənişlərin olması müsbət nəticələnə bilər. 15, 20, 30, 40 il – hər dövr üçün mükafatların, imtiyazların təyin edilməsi mümkündür. Boşanmaların qarşısını almaq üçün ediləcək kiçik bir iş belə faydalıdır. Əks halda, bu gedişlə Azərbaycanda evli cütlük qalmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Calal
    Boşanmaların sayının kəskin azalması üçün, əhalinin sayının artması üçün Allahın buyurduğu kimi yaşamaq lazımdır.
    1 year ago
  • RAHİM
    İNANMIRAM Kİ AZƏRBAYCANDA XALQIN XEYRİNƏ MÜSBƏT ADDIM ATILA. BİZDƏ YALNIZ. "deputatlar" və məmurlar üçün FAYDALI işlər görülür. YAĞ, ƏT 30- 40 % artdığı. Halda pensiya. artımı 8.1 % artdı.
    1 year ago