Azərbaycanda fəhlə iş başında öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda fəhlə iş başında öldü

Hadisə

08 İyul 2021 10:11 638


İyulun 7-i saat 16 radələrində Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında 1981-ci il təvəllüdlü Vəli Quliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Qaradağ rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhlə işləyən Vəli Quliyevin “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. pizza hut

Hazırda iş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!