Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.
DİM-dən “Yeni Sabah”a verdilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq.
İmtahanda 1845 abituriyentin (Bakı şəhərində 1508 nəfər, Naxçıvan şəhərində 337 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 86 nəfər Hərbi Tibb Məktəbinə, 1759 nəfər isə hərbi liseylərə imtahan verəcək. Toyuqlu pizza
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Telegram kanalımız