Azərbaycanda futbolçu transferində ciddi artım - FIFA açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda futbolçu transferində ciddi artım - FIFA açıqladı

İdman

03 Sentyabr 2025 23:01 400


Yay transfer dövründə Azərbaycan klublarına 91 futbolçu transfer olunub və 59 oyunçu ölkədən xaricə üz tutub.

Sportnet.az-ın məlumatına görə, bu barədə FIFA-nın hesabatında bildirilir.

Qeyd olunur ki, oyunçu transferləri 2024-cü ildə 68, 2023-cü ildə 66, 2022-ci ildə 69, 2021-ci ildə isə 35 olub. Marqarita pizza

Bu göstəricidə Azərbaycan dünyada 45-ci, Avropada 32-ci yerdə qərarlaşıb.

Klublar transferlərə 3,91 milyon dollar xərclədikləri halda, futbolçu satışlarından 2,19 milyon dollar qazanıblar.

Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə transferlər 33,8 faiz artıb, gedənlərin sayı isə 40,5 faiz çoxalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!