Azərbaycanda gəlin qayınatasını bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda gəlin qayınatasını bıçaqladı

Kriminal

14 Sentyabr 2020 07:34 1925


Astarada bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Maşxan kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov öz evində gəlini, 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən xəsarət alan N.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının əməliyyatdan çıxdıqdan sonra vəziyyəti normal qiymətləndirilir. 

Qeyd edək ki, Aysel Axundova həyat yoldaşı ilə boşanma ərəfəsində olsa da, onun yenidən ər evinə qayıtmaq istəyi qayınatasının narazılığına səbəb olub və nəticədə gəlin mətbəx bıçağı ilə belə bir hadisə törədib. Artıq polis əməkdaşları tərəfindən saxlanılan A.Axundova törətdiyi əməli etiraf edib. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır. /APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!