Azərbaycanda gənc iş adamı intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda gənc iş adamı intihar etdi

Kriminal

08 May 2020 10:35 1374


Göyçay rayon sakini özünü öldürüb.

“Yeni Sabah”ın APA-ya istinadən xəbərinə görə, Göyçay şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Abdullayev Fəqan Etibar oğlu sirkə turşusu içib.

O, zəhərlənmə diaqnozu ilə təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dominos pizza

F.Abdullayevin vəziyyəti sonradan ağırlaşdığı üçün ailə üzvləri onu müalicə məqsədilə Bakı şəhərinə - Respublika Toksikologiya Mərkəzinə aparıblar.

Həkimlərin bütün səylərinə baxmayaraq, F.Abdullayev ölüb. Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

Qeyd edək ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Fəqan Abdullayev "Göyçay-Çörək” ASC-yə rəhbərlik edirdi. 

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!