Azərbaycanda general istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda general istefa verdi

Siyasət

10 Aprel 2020 11:50 1737


Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Fuad Cavadov vəzifəsindən azad olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Report"a F.Cavadov özü bildirib.

O qeyd edib ki, aprelin 2-də öz istəyi ilə işdən azad olunması üçün ərizə verib: Dördpendirli pizza

"İşdən öz istəyimlə getmək istədiyimi bildirdim. Getməyimdə isə heç bir səbəb yoxdur. Mən 24 ildir ki, bu sahədə işləmişəm. Hazırda ədliyyə sistemində də qalıram".

F.Cavadov deyib ki, onun tutduğu vəzifəyə hazırda Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin keçmiş rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru İlqar Cəfərova həvalə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!