Azərbaycanda general vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda general vəfat etdi - Foto

Hadisə

22 Fevral 2025 16:30 3433


Azərbaycanın General İcra Başçısı olmuş Ərziman Əliyev vəfat edib. 

Bu barədə Sfera.az-a Ə.Əliyevin yaxınları tərəfindən məlumat verilib.

Qeyd edək ki, o,  2004-2007-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ona general-mayoru rütbəsi verilib. 2016-cı ilə qədər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyən Əliyev polis orqanlarında xidmət keçmənin yuxarı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Pepperoni pizza

Ə.Əliyev Daxili işlər orqanlarında xidmət etdiyi dövrdə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyul 2011-ci il Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!