Azərbaycanda general vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda general vəzifəsindən azad edildi

Siyasət

03 Noyabr 2024 20:14 3153


Müdafiə Nazirliyində daha bir yüksəkrütbəli general işdən azad olunub.

Yenisabah.az “Unikal”a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, generalın yerinə artıq təyinat da var. Başqa əmrlə polkovnik Azər Heybətli sözügedən idarənin rəisi təyin edilib.  pizza

Azər Heybətli Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi olub.

Qeyd edək ki, general Elçin Xəlilovun qardaşı Fuad Xəlilov da Ali Hərbi Məktəbin maliyyə xidmət rəisi işləyib. Bir müddət əvvəl Fuad Xəlilov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə şahid qismində ifadə vermişdi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!