Azərbaycanda geyim idxalı artıb - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda geyim idxalı artıb - Statistika

İqtisadiyyat

15 Noyabr 2021 17:30 1123


Bu il Azərbaycanda geyim idxalına 37 milyon dollar çox pul xərclənib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi açıqlama yayıb.

Komitənin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 185 milyon 475 min dollar dəyərində geyim məhsulları idxal edilib. Bu, qeyri-neft sektorunda idxalın 2,22 faizini təşkil edib. pizza sifarişi

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il geyim idxalı 37 milyon 450 min çox olub. 2020-ci ilin yanvar-sentyabr aylarında müxtəlif ölkələrdən Azərbaycana 148 milyon 26 min dollar məbləğində geyim idxal olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!