Azərbaycanda güclü külək davam edir: Ayın 5-dək...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda güclü külək davam edir: Ayın 5-dək...

Sosial

03 İyun 2025 10:42 508


Milli Hidrometeorologiya Xidmətinin iyunun 3-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır.

Bu barədə “Yeni Sabah”a xidmətdən bildirilib.

Qeyd edilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə saniyədə 15 metrədək çatır. pizza hut

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatır.

Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 millimetrdir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!