“Sumqayıt-2”nin futbolçusu Ruslan Əliyev Əvəzedicilər Liqasının 10-cu turunda “Sabah-2” ilə oyunda hakimi təhqir etdiyi üçün diskvalifikasiya olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. Birbaşa qırmızı vərəqə alan oyunçu 4 oyunluq cəzalandırılıb, klubu 300 manat cərimə edilib.
Qeyd edək ki, sözügedən görüş "Sabah-2"nin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Toyuqlu pizza
Telegram kanalımız