Azərbaycanda hakimi vuran məşqçiyə ağır cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hakimi vuran məşqçiyə ağır cəza verildi

İdman

09 Fevral 2021 15:53 1033


"Səbail”in baş məşqçisinin köməkçisi Vüqar Məmməd 20 oyunluq cəzalandırılıb.

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki,  buna onun Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"la cavab matçında (1:2) köməkçi hakim Cavanşir Yusifovu vurması səbəb olub. Bundan başqa, klub 16 000 (on altı min) manat cərimə olunub.

Qeyd edək ki, hadisə matçın 76-cı dəqiqəsində baş verib. "Səbail”in hücumu zamanı komandanın penalti gözlədiyi epizodda baş hakim Orxan Məmmədovun "davam” qərarı Aftandil Hacıyevin köməkçisinin narazılığına səbəb olub. Bu zaman V.Məmmədin yan xətt hakimini vurduğu bildirilib. O, qırmızı vərəqə alaraq texniki zonanı tərk edib. pizza hut

V.Məmməd özü isə mediaya açıqlamasında hakimi vurmadığını, sadəcə, emosional vəziyyətdə itələdiyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!