Azərbaycanda hakimlər nə qədər maaş alır?   - AFFA açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hakimlər nə qədər maaş alır? - AFFA açıqladı

İdman

30 Avqust 2021 14:44 1577


Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən 10 baş hakim və 15 referi köməkçisinə peşəkar hakim statusu veriləcək.

Yenisabah.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı həmin hakimlərin hər biri ilə müvafiq müqavilə imzalanacaq.

Peşəkar hakim statusuna malik olan referilərə, oyunlara təyinat alıb-almamalarından asılı olmayaraq, aylıq 1 000 manat (gross), referi köməkçilərinə isə 700 manat (gross) məvacib ödəniləcək. Onlar əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar. Sezar pizza

Peşəkar statusu daşıyan hakimlər digər işdə də çalışa bilər, lakin həmin şəxs üçün prioritet hakimlik olmalı, seçim qarşısında qalarsa, üstünlüyü peşəkar hakim statusu ilə əlaqədar bağladığı müqaviləyə verməlidir.

Ciddi səhvə yol verəcəyi təqdirdə, müvafiq hakim peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər. Peşəkar statusu ləğv olunan hakim aylıq ödənişdən məhrum ediləcək və oyunlara təyinat alacağı təqdirdə, ona yalnız qonorar ödəniləcək.

Hakimlərin peşəkar statusdan məhrum olunması ilə bağlı qərarı Hakimlər Komitəsi verəcək. Zərurət olacağı təqdirdə, AFFA prezidenti və ya İcraiyyə Komitəsi hakimlərin peşəkar statusdan məhrum olunması səlahiyyətinə malikdir.

Hakimlərə peşəkar statusunun verilməsi, onların statusdan məhrum və bərpa olunması ilə bağlı məsələlərə Hakimlər Komitəsi mütəmadi qaydada baxacaq, bununla bağlı ictimaiyyətə şəffaf məlumat verəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!