Azərbaycanda hava bu tarixədək pis olacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hava bu tarixədək pis olacaq

Sosial

06 İyul 2025 11:08 33336


İulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən xəbərə görə, düşən yağıntının miqdarı Gəncədə 8, Qaxda 7, Şərur və Göygöldə 4, Şəki (Kişçay), Zaqatala, Balakən, Şəmkir, Gədəbəy, Tovuz və Şahdağda 2, Naxçıvan, Daşkəsən, Goranboy və Naftalanda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edib.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Şərur və Neftçalada 20, Culfada 19, Şamaxı və Naftalanda 18 m/s-yə çatır. pizza sifarişi

Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-si səhərədək davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!