Azərbaycanda hava qəfl pisləşdi: Leysan, yağış, duman...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hava qəfl pisləşdi: Leysan, yağış, duman...

Sosial

13 Oktyabr 2025 17:27 3338


Milli Hidrometeorologiya Xidməti oktyabrın 13-ü saat 17:00-a olan faktiki havanı açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Lerik, Culfada 21, Mingəçevirdə 18, Kəlbəcərdə 17, Balakən, Şəmkir, Gəncədə 16 m/s-yə çatır. Dördpendirli pizza

Daşkəsən, Gədəbəy, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Quba, Şahdağ, Balakən, Şəki, Zaqatala, Xaçmaz, Qusar (Laza), Qax (Sarıbaş), Beyləqan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Sabirabadda arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Şəki, Balakən, Qax (Sarıbaş), Göygöl, Lerikdə duman müşahidə olunur. Görünüş məsafasi 500 metrədək məhdudlaşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!