Azərbaycanda hava sərinləşəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hava sərinləşəcək

Sosial

28 İyun 2019 15:57 1538


Azərbaycanda bir neçə gün isti keçən hava şəraiti sərinləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yeni Sabah”a verilən məlumata görə, iyun ayının ilk günlərindən davam edən isti hava dalğasının təsiri səngiyəcək. 

Bakıda və Abşeron yarımadasında iyunun 29-u axşamdan iyulun 02-si gündüzədək şimal küləyi güclənəcək, iyunun 30-da bəzi yerlərdə daha güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dördpendirli pizza

Azərbaycanın rayonlarında iyunun 29-u axşamdan iyulun 02-dək arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda  leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!