Azərbaycanda hava yenidən pisləşəcək: Şimşək, dolu, sel... - Tarixlər   AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hava yenidən pisləşəcək: Şimşək, dolu, sel... - Tarixlər AÇIQLANDI

Sosial

21 Aprel 2025 18:19 7012


Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. pizza

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!