Azərbaycanda havanın temperaturu iqlim normasından yüksəkdir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda havanın temperaturu iqlim normasından yüksəkdir

Sosial

24 Mart 2020 12:37 608


Martın 24-ü gündüzədək ölkə ərazisində hava şəraiti sabit və yağmursuz keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də iqlim normasından 4.5 dərəcə yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Aran rayonlarında 17-19 dərəcə isti, dağlıq rayonlarda 11 dərəcəyədək isti, Naxçıvan MR-da 18 dərəcəyədək yüksəlib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!