Azərbaycan həbsxanalarında olan 4 İran vətəndaşı ölkəsinə təxliyə olunub.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bu, 3 illik fasilədən sonra ilk haldır.
İran Ədliyyə Nazirliyinin İnsan Haqları və Beynəlxalq Əlaqələr Departamentinin direktor müavini Əsgər Cəlalian faktı təsdiqləyib. Toyuqlu pizza
"Bu şəxslər İrana təhvil verildikdən sonra cəzalarını çəkmək üçün Gilan vilayətinin Həbsxanalar üzrə Baş İdarəsinə təhvil verilib".
Cəlalian sözlərinə belə davam edib: "İranlı məhkumların digər ölkələrin, xüsusən də qonşu ölkələrin həbsxanalarında törətdikləri cinayətlərin əksəriyyəti narkotik ticarəti və qadağan olunmuş həblərin saxlanmasıdır. Digər ölkələrin qanunlarından xəbərsiz olmaq və əmanət bağlamaları məzmununu bilmədən daşımaq kimi səbəblərdən həmvətənlər həbs edilir və uzunmüddətli həbs cəzasına məhkum edilirlər".
Telegram kanalımız