Nazirlər Kabineti “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” və “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nda dəyişiklik edib.
“Yeni Sabah” xəbər verir ki, dəyişikliyə əsasən, həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılacaq.
“Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nda da tutulmuş və ya həbs edilmiş şəxslərə münasibətdə də anoloji prosedur tətbiq olunacaq. Toyuqlu pizza
Qeyd edək ki, daktiloskopik məlumat insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumatdır. Dövlət genom qeydiyyatı insan şəxsiyyətinin eyniləşdirilməsi üçün genetik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyətdir. Genetik məlumat insanın şəxsiyyətini müəyyən etməyə imkan verən dezoksiribonuklein turşusu (DNT) analizinin keçirilməsi ilə əldə edilən məlumatdır.
Telegram kanalımız