“Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur” - Ramiz Rövşən

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur” - Ramiz Rövşən

Mədəniyyət

12 Noyabr 2023 20:01 4163


Beynəlxalq kitab sərgiləri mənim dediyimi bir daha təsdiqləyir. Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur.

Bunu IX Bakı Beynəlxalq Kitab Sərgisinin iştirakçısı, Xalq şairi Ramiz Rövşən AZƏRTAC-a açıqlamasında bildirib.

Bakı Ekspo Mərkəzində davam edən sərgi barədə fikirlərini bölüşən Ramiz Rövşən deyib: “Bu kitab bayramı çox yaxşı təşkil olunub. Sərgini ziyarət edənlər arasında demək olar ki, bütün yaş kateqoriyasına aid oxucular var. Bu, məni çox sevindirir. Düşünürəm ki, bizim hələ çox həvəskar və gözəl oxucularımız var. Çox arzulayıram ki, balaca oxucuların öz həmyaşıd gənc şairləri yetişsin” Sezar pizza

Xatırladaq ki, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq şairi Ramiz Rövşənin “Dünyanın siz olan yeri” kitabının təqdimatı və imza günü keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!