“Bayram günləri və həftəsonlarında küçəyə çıxmağa qadağa qoyulması haqda qərar verilə bilər”.
Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu məsələyə önümüzdəki günlərdə baxılacaq: “Bu qərarlar virusa yoluxanların sayından asılı olacaq. Məhdudiyyətlər aradan qalxdıqdan sonra analizlər aparılacaq. 10-14 gün sonra həmin dövrün nəticələrinə uyğun olaraq, yenidən məhdudiyyətlər qəbul edilə bilər. Karantin rejiminin qaydaları daha da sərtləşdirilə bilər”. /Qafqazinfo Toyuqlu pizza
Telegram kanalımız