Azərbaycanda həkim 26 hərbçini aldadıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda həkim 26 hərbçini aldadıb

Kriminal

29 Aprel 2022 16:02 348


Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən vəzifəli şəxslərin mülkiyyət əleyhinə olan inzibati xətalar sahəsində hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması sahəsində fəaliyyəti davam etdirilir.
 
Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi Natəvan Məmmədovanın həmin Poliklinikada işlədiyi dövr ərzində müayinələrdən keçmiş hərbi qulluqçuların guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib cavabların müsbət yazılması müqabilində müxtəlif vaxtlarda 26 nəfər hərbi qulluqçudan aldatma yolu ilə cinayət məsuliyyətinə səbəb olmayan kiçik məbləğlərdə pul vəsaitini tələb edərək, dələduzluq yolu ilə özgənin əmlakını talayıb.
 
İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilib, N.Məmmədovanın barəsində 3 ay müddətində inzibati həbs tənbehi tətbiq edilib.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!