Azərbaycanda bəzi adamlar, xüsusilə də siyasətçilər ən müxtəlif mövzularda şərh verməkdə maraqlıdırlar.
Belə ki, onlar eyni vaxtda həm siyasət, həm iqtisadiyyat, həm kriminal hadisələr, həm sosial, həm də şoudan danışırlar.
Maraqlıdır, cəmiyyətdə “hərşeyşünas” kimi xarakterizə kimi qəbul edilən bu adamları hər mövzuda danışmağa vadar edən nədir? pizza mizza
Bu köhnə xəstəlikdir, yoxsa özünü savadlı göstərmək istəyi?
Mövzu ilə bağlı Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev Yenisabah.az-a açıqlamasında deyib ki, bu, əslində, natamamlıq kompleksidir və elə adamlara freydizmdən əziyyət çəkənlər deyirlər:
“Məsələn, politoloqlar müəyyən hadisələrə şərh verə bilərlər, amma bir politoloq kimi, mənim səhiyyə barəsində danışmağa ixtiyarım yoxdur. Yaxud hərbi məsələ barəsində də...
Hər kəsin müəyyən bilik sahəsi var və o sahədən fərqli olaraq, mühəndislik, həkimlik və s. barəsində danışmağa ixtiyarım yoxdur. Yalnız məsələlərə ümumi toxuna bilərəm, amma onun xırdalığına və detallarına qədər varmaq artıq freydizmdir. O adamlar da natamam olduqlarına görə çalışırlar ki, özlərini daha savadlı göstərsinlər. Təəssüf ki, bu, belədir”.
Eks-millət vəkili iddia edib ki, bu tendensiya vəzifə sahiblərində də belədir:
“I əməliyyatı” filmindəki kimi haranın adı çəkilirsə, onlar da oradakı personaj kimi “mən” deyirlər. Bu, əslində, yolverilməzdir. Burada jurnalistləri də qınayırlar, amma, məncə, jurnalistin günahı yoxdur. Jurnalist müraciət edəndə ona demək olar ki, bu sahə mənim deyil və o sahəyə rəy vermirəm”.
Müsahibimiz etiraz edib ki, bu gün telekanallara baxanda görürsən ki, bir adam eyni gündə 4-5 yerdə danışır:
“O saat da görünür ki, bu, kimlərinsə marağındadır, yaxud həmin adamı bir növ təbliğ edirlər. Amma yolverilməz bir şeydir və insanın özü bu məsələlərdən qaçar. Elə dar sahələr var ki, buraya mütəxəssislərin şərhi lazımdır. Ümumi şərhi hər kəs verə bilər, amma o sahə üzrə mütəxəssisin verdiyi şərh daha ağıllı olur, nəinki o “hərşeyşünas”ın hər şey haqqında fikir bildirməsi... Bu da yəqin müasir dövrün ictimai bəlası və xəstəliyidir”.
“Belə adamlar var. Necə ki nihilistlər hər şeydən inciyib, ağ olanı da qara görürlərsə, freydizmdən əziyyət çəkənlər də cəmiyyətin nihilistləridir. Ona görə də bunlar özlərini öndə görmək istəyirlər və gözləri özlərindən başqa heç nəyi görmür. Əslində, bu, bir siyasi xəstlikdir və məncə, bunun başqa adı yoxdur”, - mütəxəssis fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız