Dünən Fransada qəbul edilmiş qanuna görə, yeni dərs ilindən etibarən məktəblər uşaqlar üçün 3 yaşından məcburi olacaq. Azərbaycanda isə yalnız tədris ilində 6 yaşı tamam olmuş uşaqlar ibtidai təhsilin 1-ci sinifinə başlaya bilərlər.
Bəs Azərbaycanda da gələcəkdə tədris yaşı 3 yaşa endirilə bilər mi?
Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a açıqlamasında bizdə belə bir addımın atılmamasının səbəblərindən danışıb: pizza
“İstər Avropa, Amerika kimi ölkələrdə, istərsə də Asiyanın inkişaf etmiş ölkələrində məktəbə cəlbetmənin yaşı müxtəlifdir. Burda tədris prosesinə cəlbetmə dedikdə, aktiv elmi biliklərə yiyələnmə nəzərdə tutulmur. Burada sadəcə olaraq, orta ümumi təhsil məktəblərində tədris yükünün illər üzrə paylanması nəzərdə tutulur. Misal üçün Azərbaycanda hazırda qanunvericiliyin tələblərinə görə tədris ilində 6 yaşı tamam olmuş şəxslər birbaşa ibtidai sinifin birinci sinifinə qəbul edilir. Amma tədris ilində 5 yaşı olmuş şəxslər orta ümumitəhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən məktəblərin hazırlıq qruplarında oxuyurlar. Məktəbəhazırlıq qruplarının məqsədi ondan ibarətdir ki, uşaqlar psixoloji və psixi baxımdan tədris prosesində iştiraka öyrəşirlər. Onlar parta arxasında oturmaq, məktəbin binasından istifadə etmək, eyni zamanda müəyyən bacarıqları bu ildə əldə edirlər. Bu ona görə yaxşıdır ki, bəzi biliklər məhz elə ibtidai sinifdə öyrədilir. Fransada qəbul edilmiş qanunda onlar artıq fransız dili, riyaziyyat vəya hansısa fənni öyrətmək məqsədi daşımır. Burada əsas uşaqlarda bir çox kompetensiyaların ilkin yaşlarında formalaşmasını əsas götürür. Azərbaycanda belə bir qanun layihəsi təbii ki, qəbul edilə bilməz. Azərbaycanda bu yaş qrupu məktəbə hazırlıq yox, məktəbəqədər hazırlıq təhsilini üzərində qurulub. Yəni körpələr evi kategoriyasına aiddir və Azərbyacanda da keçən il qəbul edilmiş qanunuvericiliyə görə, uşaqlar 1 yaşından etibarən körpələr evi və uşaq baxçalarına cəlb edilə bilər. Qanunvericilikdə müəyyən yaş qrupları var ki, onlarla bağlı tədris qruplarının yaradılasına icazə verilmir. 1 yaşında uşaqların tədris müəssələrinə cəlb olunmasının səbəbi isə işləyən valideynlər evdə uşaqlarını nəzarətsiz qoymasınlar deyədir.
Bilirsiniz ki, Əmək Məcəlləsinin müvafiq maddələrinə görə, işləyən valideynlər 3 yaşına qədər uşaqlarını böyütdüklərinə görə onlara əlavə ödəniş verilir. Amma 3 yaşından sonra verilmir. Onlar da deyir ki, əgər siz dövlətə daha çox xidmət edə bilərsizsə, dövlət sizin uşağınıza baxa bilər, yəni bir növ dayəlik funksiyası yerinə yetirə bilər, eyni zamanda dövlət tərbiyəsi valideyn tərbiyəsindən daha yüksək tərbiyədir.
Fransada qəbul edilən qərar dediyim kimi körpələr evi və uşaq baxçalarının yaş həddinin aşağı endirilməsidir ki, Azərbaycanda bu yaş həddi 1 yaşına kimi endirilib. Amma ibtidai sinifin yaş həddi endirilə bilməz. Çünki 5 və daha az yaşlı uşaqların ibtidai sinifin tədris proqramını mənimsəmək, öyrənmək bilik və bacarıqları yoxdur. Bu onların yaş və psixoloji xüusiyyətlərinə uyğun deyil. Ona görə də yaş həddinin ibtidai siniflər üçün 6 yaşdan aşağı müəyyən edilməsi yol verilməzdir.”
Sabrina
Telegram kanalımız